Xocalı faciəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Xocalı faciəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

7 Fevral 2014 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Xocalı faciəsinə həsr olunmuş "Taleyin bir üzü" kitabının təqdimatı keçirilib. Apa-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən kitabın müəllifi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsən Universitetinin əməkdaşı Şəbnəm Tofiqqızı bildirib ki, kitab Xocalıda erməni qəsbkarlarının Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən bəhs edir: "Əsər dram janrında yazılıb. Əsərin baş qəhrəmanı Xocalıda itkin düşmüş bir Azərbaycan xanımıdır. Kitabda qəhrəmanın çəkdiyi iztirablarla yanaşı, Azərbaycan xanımının mərdliyi və şücaəti nümayiş etdirilir. Əsərdə Azərbaycan oğullarının Xocalıda göstərdiyi mərdlik də öz əksini tapıb".

Sonda "Xocalı Harayı" adlı kompozisiya nümayiş etdirilib.