İlyas Əfəndiyevin 100 illik yubileyi keçiriləcək

İlyas Əfəndiyevin 100 illik yubileyi keçiriləcək

13 Yanvar 2014 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olunacaq. Teatrdan a verilən məlumata görə, yubiley münasibəti ilə teatrda dramaturqun "Sarıköynək və Valehin nağılı" əsəri əsasında yeni tamaşa hazırlanacaq.

Qeyd edək ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzulidə anadan olub. Yazıçı 1996-cı il oktyabrın 3-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn edilib.