Azərbaycanlı aktyor vəfat etdi

Azərbaycanlı aktyor vəfat etdi

10 Yanvar 2014 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir Dövlət Dram Teatrının aktyoru vəfat etdi. Mediainfo.az EL TV-yə istinadən xəbər verir ki, Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına ağır itki üz verib. Teatrın aktyoru Zülfü Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib. O, bu gün doğulduğu Goranboy rayonunun Zeyvə kəndində torpağa tapşırılıb. Sənətkarı ailə üzvləri, yaxın qohumları və sənət dostları son mənzilə yola salıb. Sənət dostları onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Zülfü Məmmədovun vəfatı ilə Mingəçevir Dövlət Dram Teatrı özünün əvəzolunmaz simasını itirib.