Mədəniyyət və Turizm naziri Şəkiyə gedir

Mədəniyyət və Turizm naziri Şəkiyə gedir

14 Dekabr 2013 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Nazir Şəkidə vətəndaşları qəbul edəcək. Mediainfo.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabr ayının 16-da, saat 11:00-da Şəki şəhərindəki Olimpia İdman Kompleksində Şəki, Mingəçevir, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağam rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.