Çövkən oyunu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb

Çövkən oyunu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb

3 Dekabr 2013 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

Çövkən oyunu Azərbaycanın müraciəti əsasında UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınıb.

Apa-nın xəbərinə görə, qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı qəbul olunub.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qərarın qəbulu ilə əlaqədar komitə üzvlərinə təşəkkür edib: "Ümid edirik ki, bu qərar beynəlxalq ictimaiyyətin bu oyuna marağını artıracaq, oyunun praktikasını davam etdirməyə və onu gələcək nəsillərə ötürməyə imkan verəcək".