“Heydər Əliyev: Şəxsiyyət və zaman” kitabı təqdim edildi

“Heydər Əliyev: Şəxsiyyət və zaman” kitabı təqdim edildi

2 Dekabr 2013 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Nasir, publisist, ədəbiyyatşünas, millət vəkili Elmira Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və zaman" roman-tədqiqatının 5-ci cildinin KİV-lərə təqdimatı keçirilib.

Publika az . xəbər verir ki, təqdimatda romanın 5-ci cildində xatirələri toplanmış şəxslər-millət vəkili Fəttah Heydərov, Siyavuş Novruzov, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran, İki sahil qəzetinin baş redaktoru iştirak ediblər. İştirakçılar H. Əliyevlə bağlı xatirələrini danışıblar.

Millət vəkili Fəttah Heydərov Azərbaycanın memarının aramızda olmadığı bir gündə belə bir tədbir təşkil etdiklərinə görə Elmira Axundovaya təşəkkür etdiyini bildirib:"Bu gün H.Əliyevlə bağlı xatirələrin yada salınmalı olduğu gündür. Mənim də H.Əliyevlə bağlı xatirələrim bu kitabda toplanıb. Uzun illər ulu öndərin rəhbərliyi altında işləmişəm. Həmin dövrdə yaşamış şəxslər yaxşı xatırlayır ki, ulu öndər hakimiyyətə gələnə qədər ölkə neçə vəziyyətdəydi. O hakimiyyətə gəldikdən sonra mədəni, iqtisadi, sosial həyatda dirçəliş müşahidə edildi. Onun Azərbaycanın dirçəlişi üçün hansı işlər görməsi gözümüzün qarşısında olub. Onun əməyi sayəsində ölkəmiz 15 respublika arasında fərqləndi. Ulu öndərlə bağlı xatirələrimiz çoxdur, mən hər gün o xatirələrlə yaşayıram. E.Axundovaya təşəkkür edirik ki, belə bir kitab yazıb".

Millət vəkili Siyavuş Novruzov 1990-93-cü illər dövrü barədə xatirələrinin əks olunduğunu dedi: "Ümummilli lider barədə çox kitablar yazılıb. Amma bu qədər faktlarla zəngin kitab hələ yazılmayıb. E.Axundova H.Əliyevlə bir yerdə çalışmış insanların xatirələrini yazıb. Burada müəllif şərhləri yoxdur. Kitabı oxuyanlar özləri hadisələrə rəy verir".

Millət vəkili sovet respublikaları arasında müstəqilliyə ən çətin keçidin məhz Azərbaycanda yaşandığını bildirdi. Daha sonra ölkədə yaşanan hərc-mərclik və H.Əliyevin hakimiyyətə gəlməsi barədə danışdı və ümummilli liderlə bağlı xatirələrini bölüşdü.

Səyyad Aran həmin dövr xatirələrini bölüşdü. Kitabın bundan sonra H.Əliyev barədə yazılacaq kitablar, çəkiləcək filmlər üçün də önəmli mənbə olduğunu dedi:"H.Əliyevlə bağlı nə qədər danışsaq bitməz. E.Axundovaya təşəkkür edirəm ki, belə bir kitab ərsəyə gətirib".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə H.Əliyev barədə yüzlərlə bağlı kitab yazılsa da, bu kitabı dəyərli edən xatirələrin toplanmasıdır. Bu kitab bundan sonra yazılacaq kitablar üçün mənbə rolunu oynayacaq.

"Sovet dövründə hərbi xidmətdə olarkən öz vətənim barədə danışanda mənə "Heydər Əliyevin vətənindənsən" deyilməsi ilə fəxr edirdim. Həqiqətən də H.Əliyevin hakimiyyətə gəlməsinə vaxtında imkan yaradılsaydı ölkəmiz bir çox problemləri yaşamazdı. H.Əliyevin hakimiyyətə gəlməsi ölkəmizin bütövlüyünü qoruyub saxladı. Onun hakimiyyətə qayıdışı xalqın gələcəyə inamını artırdı.

Elmira Axundova çıxış edərək bildirib ki, "Heydər Əliyev:Şəxsiyyət və zaman"adlı çoxcildlik roman tədqiqat ömrünün ən mühüm layihəsidir:"10 ilə yaxın gərgin zəhmət kitab qəhrəmanın uşaqlıq, gənclik dostları, qohumları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, Prezidentin şəxsi arxivində işi ulu öndərimizin ən dolğun və obyektiv bioqrafiyasını yaratmaq cəhdi olan romanın unikal sənədli əsasını təşkil edir.Kitab dərin təhlil və müəllif şərhləri ilə müşayiət edilən xeyli sayda az məlum olann fakt epizod, ekskluzov infotrmasiyalar ilə zəngindir".

" Ayaz Mütəllibov Heydər Əliyevin Azərbaycana gəlməsindən nəyə görə qorxurdu?", " Rəsmi Bakı ilə Naxçıvan Muxtar Respublikası arasında "müharibə qanunları"nın səbəbi nə idi?", "Yeni Azərbaycan" partiyasının yaranmasının təşəbbüskarları kim idi?", " Naxçıvandakı 24 oktyabr 1992-ci il çevriliş cəhdinin gizli məqamları nə idi?"," 1993-cü ilin fevralında Heydər Əliyev və Əbülfəz Elçibəy təkbətək görüşdə nəyi müzakirə ediblər?", " 4 oktyabr 1993-cü il çevrilişindən qabaq Surət Hüseynov və Heydər Əliyev həqiqətənmi görüşüblər?", " Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanmasına necə nail oldu?" kimi suallara Elmira Axundovanın "Heydər Əliyev: Şəxsiyyət və zaman" roman-tədqiqatın işıq üzü görmüş 5-ci cildində cavab tapacaqsınız.