Əməkdar artistin oğlu yüksək dozada narkotikdən öldü

Əməkdar artistin oğlu yüksək dozada narkotikdən öldü

30 Sentyabr 2013 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
Onun 28 yaşı var idi

Azərbaycanın əməkdar artistinin oğlu yüksək dozada narkotik qəbul olunması nəticəsində vəfat edib.

Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, Xanlar küçəsi ev 18, mənzil 6-da yaşayan 1985-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə bir il məhkumluq həyatı yaşayan Rüfət Ömür oğlu Nağıyev evdə yüksək dozada narkotik vasitə olan heroin qəbul edərkən dünyasını dəyişib. Apa-nın məlumatına görə, R. Nağıyev tanınmış aktyor Ömür Nağıyev və əməkdar artist Nəsibə Eldarovanın oğludur.

O.M.