 
    
    Şəfiqə Axundova Fəxri Xiyabanda dəfn olunacaq
Xalq artisti, bəstəkar Şəfiqə Axundova bu gün son mənzilinə yola salınacaq.
Xalq artisti Fəxri Xiyabanda dəfn olunacaq. AzVision.az-a bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mərhumun hansı Fəxri Xiyabanda dəfn olunması hələ məlum deyil.Qeyd edək ki, mərhumla vida mərasimi bu gün saat 13:00-da Azərbaycan Dövlət Mahnı Teatrının binasında (Rəşid Behbudov küçəsi, 12) baş tutacaq. Mərasim saat 15:00-dək davam edəcək.
O.M.
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    

















































































