VİDEO: Erotik film Azərbaycan dilində dublyaj edildi

VİDEO: Erotik film Azərbaycan dilində dublyaj edildi

17 İyul 2013 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış klipmeyker Nail Naiboğlu yeni layihəyə imza atıb. Bu barədə rejissor bildirib ki, Hindistanda "Jism 2" adlı böyük qalmaqala səbəb olan film tezliklə Azərbaycan efirində yayımlanacaq. Rejissor bununla da uşaqlıq arzularını həyata keçirdiyini qeyd edib: "Uşaqlıqdan Hind filmlərinə marağım vardı. Dərsdən qaçıb o vaxtı köhnə məhəlləmizdə olan kinoteatra gedib Hind filmlərinə baxırdım. Uşaqlıq illərimi yada salmaq istədim və yeni çəkilmiş bu filmi xoşladığım üçün qərara gəldim ki, həmin filmi Azərbaycan dilinə dublyaj etdirim".

Rejissor həmçinin bildirdi ki, filmin dublyajı hələ tam hazır deyil. Bu səbəbdən də nə zaman efirdə yayımlanacağı müəyyənləşməyib.Azərbaycanda "Arzunun qaranlıq tərəfi" adı ilə yayımlanacaq filmdə açıq-saçıq səhnələrin olması səbəbindən Hindistanda böyük qalmaqal yaradıb. Nail Naiboğlu sonda onu da qeyd etdi ki, filmin baş rol ifaçısını estradamızın tanınmış müğənnilərindən biri oynayacaq. İşlərin davam etdiyini söyləyən rejissor dublyaj bitdikdən sonra yayımlanma tarixini dəqiqləşdirəcəklərini bildirdi. /stenoqram.com/

O.M.