Bir qrup media nümayəndələri nominasiyalarla təltif olunacaq

Bir qrup media nümayəndələri nominasiyalarla təltif olunacaq

12 İyul 2013 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Hər il Azərbaycan Milli Mətbuat Günündə jurnalistlər üçün ziyafət təşkil edən təşkilatçı Zümrüd Güləliqızı bu il də eyni missiyanı həyata keçirəcək. Oxumeni.az-ın məlumatına görə, Azərbaycan Milli Mətbuatının yaranmasının 138 ili münasibətiylə "Zumrud-M" prodüsser mərkəzi KİV-də öz nüfuz və bacarıqları ilə fərqlənməyə müvəffəq olan bir qrup media nümayəndələrini nominasiyalarla təltif edəcək. Jurnalistlər üçün xüsusi ziyafət mərasimi də təşkil olunacaq.Tədbirdə mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Bundan başqa, bir çox xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin də iştirakı gözlənilir.Tədbir iyulun 18-i saat 20:00-da Mərdəkanda yerləşən "Tropikanka" istirahət mərkəzində keçiriləcək. Tədbirin informasiya mənbəyi OXUMENİ.AZ-dır.