"Diamond" Organization istedadlar axtarışına çıxıb

"Diamond" Organization istedadlar axtarışına çıxıb

11 İyul 2013 13:45
Bəyəndim (0) Bəyənmədim (0)
Təlimlərdə Fransada təhsil almış modelyer dərs deyəcək

"Diamond" Organization & Agency və "High Life" Fashion and Model Academy müştərək olaraq model və fashion sahəsində təhsil kastinqinə start verib.

"Diamond" Organization & Agency'nin direktoru Aqil Məmiyevin Oxumeni.az-a verdiyi məlumata görə, təmsil etdiyi şirkət artıq "High Life" Fashion & Model Academy ilə birgə iki ildən çoxdur ki, əməkdaşlıq edir.:

"Nəzərinizə çatdırım ki, kastinq gününün tarixi dəqiqləşib - 14 və 15 iyul. Kastinqdən keçən iştirakçıların fashion və model təhsilini "High Life" Fashion & Model Academy həyata keçirəcək. Əgər kimsə özünü yüksək səviyyəli moda və model biznesində görmək istəyirsə, bizə qoşula bilər. Qeyd edim ki, bu, ölkəmizdə ən yüksək səviyəli, ilk və yeganə Fashion&Model təhsilidir, hansı ki, yalnız "High Life" Fashion and Model Academy-də keçiriləcək. Moda və model təhsili ilə yanaşı bizdə səhnə mədəniyyəti, fotoqraflıq, aktyorluq, dərzi, stilist, imicmeykerlik, vizajist, etiket qaydaları və s. üzrə təlimlər də keçiriləcək. Təlimlərdə Fransada təhsil almış modelyer dərs deyəcək".

Daha sonra Aqil Məmiyev şirkətin hal-hazırda davam edən layihələrindən söz açdı:

- "Diamond" Organization & Agency-nin digər proyektləri də gözlənilir. Bunlara "MODA PLUS", Milanda fashion, modelyer təhsili və ən əsası, Nyu-Yorkda modellerin karyerasını davam etdirməsi üçün nəzərdə tutulan layihələr də daxildir. Yaşı 16-dan 26-ya kimi özünü model, aktyor (və ya aktrisa), modelyer, fotoqraf, stilist və müğənni sənətində görmək istəyən xanımlar və bəylər, tələssinlər. Müraciətinizi gözləyirik. Hər birinizə uğurlar! Əlaqə üçün telefon nömrələrimiz: (055) 939 08 41, (050) 535 38 45.

O.M.