Nazir:“Xalq artisti adını alan şəxs bu ada layiq olmağa çalışmalıdır"

Nazir:“Xalq artisti adını alan şəxs bu ada layiq olmağa çalışmalıdır"

10 İyul 2013 11:55
Bəyəndim (0) Bəyənmədim (0)
Nazir də xalq artistlərinin davasından danışdı

Xalq artistlərinin bitməyən davasına mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də biganə qalmayıb.

Oxumeni.az xəbər verir ki, Qubada olan nazir AzNews.az-ın əməkdaşının məsələ ilə bağlı sualına cavab olaraq bunları deyib: "Xalq artisti adını alan şəxs bu ada layiq olmağa çalışmalıdır. Bu adın məsuliyyətini daşımalıdırlar. Hesab edirəm ki, cəmiyyətdə tanınan şəxslər aralarındakı məsələləri mətbuat vasitəsi ilə həll etməməlidir. Hər bir problem öz aralarında çözülməlidirlər".Nazir mətbuata da səslənib: "Mətbuat onların narazılıqlarını sensasiya kimi qələmə verməməlidir".

O.M.