First-lady fəxri sakin oldu

First-lady fəxri sakin oldu

6 İyul 2013 11:31
Bəyəndim (0) Bəyənmədim (0)
Mehriban Əliyeva mer Bernar Broşanla görüşüb

Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində iyulun 5-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəhərin meri Bernar Broşanla görüşüb.

Oxumeni.az xəbər verir ki, görüşdə bir daha Kannda keçirilən Azərbaycan mədəniyyət günlərinin əhəmiyyəti vurğulanmış, şəhər ictimaiyyəti və turistlər arasında bu mədəniyyət tədbirlərinin doğurduğu əks sədadan məmnunluq ifadə olunub.Bernar Broşan iyulun 4-də Kannda açılışını etdiyi Azərbaycanın pirotexnika festivalının minlərlə insan tərəfindən izləndiyini bildirib.Görüşdə Azərbaycan ilə Kann arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub, bununla bağlı artıq bəzi layihələrin nəzərdən keçirildiyi bildirilib.Bernar Broşan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Kann şəhərinin fəxri sakini diplomunu təqdim edib.Daha sonra bu şəhərdə keçirilən Böyük Səkkizliyin sammiti zamanı iştirakçı ölkələrin şərəfinə hazırlanan heykəlciyin Azərbaycan bayrağı ilə bəzədilmiş nüsxəsi Mehriban Əliyevaya təqdim olunub.İyulun 5-də axşam Kannda Azərbaycanın tərənnümünə həsr olunmuş foto sərginin açılışı olub. Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti də keçirilib.

O.M.