Siyavuş Aslanın vəziyyəti ...

Siyavuş Aslanın vəziyyəti ...

3 İyun 2013 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti Siyavuş Aslanın səhhəti orta-ağır olaraq qalır. Bu barədə APA-ya aktyorun həkimi Venera İsmayılova məlumat verib.

Onun sözlərinə görə, iki gün öncə S. Aslanın qanında şəkərin miqdarı qalxdığından vəziyyəti pisləşib: "Tibbi yardımdan sonra yenidən vəziyyəti stabilləşdi. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir və hələ ki, həftənin sonuna kimi xəstəxana şəraitində müalicə olunması nəzərdə tutulub".

Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan mayın 25-də ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artisti 2011-ci ilin avqust ayında işemik insult keçirib.

O.M.