SƏNDƏN BİR DƏ OLMAYACAQ...

SƏNDƏN BİR DƏ OLMAYACAQ...

Bəyəndim (6) Bəyənmədim (0)



Bir xanım tanıyıram... Güclü, mübariz, zərif, aybənizli.
Bir xanım tanıyıram... Mərhəmətli, səxavətli, saf, müqəddəs.
Bir xanım tanıyıram... Mayası insanlıqla yoğrulan, insanları sevən, dəyər verməyi bacaran, insani keyfiyyətləri ilə seçilən dəyərli bir insan.
Bir xanım tanıyıram... Peşəsinin peşəkarı, seçdiyi yolun əzmkar, mətin bələdçisi, Allaha bağlı, bəndəsinə vurğun, inamı və imanı güclü, verdiyi sözə sadiq, əqidəsini dəyişməyən, haqqı nahaqqa verməyən haqq və ədalət aşiqi.
Bir xanım tanıyıram... Peşəsi şərəfli, məsuliyyəti böyük, yükü ağır. Eyni zamanda, bütün bunların öhdəsindən əzmlə gələn, üzərinə düşən vəzifəni sevərək və məsuliyyətlə yerinə yetirən zərif cinsin nümayəndəsi. Zərif çiyinlərinə düşən bu ağır yükü şərəf və vicdanla daşıyan əsl Azərbaycan xanımı...

Söhbət doğma kanalımız olan "Dünya TV"-nin baş direktoru Aybəniz xanım Hacıyevadan gedir...



"Dünya TV"-yə təyinat aldığı ilk gündən kollektivin sevimlisinə çevrilən Aybəniz xanım yüksək tələbkarlığı ilə seçilir. Maraqlı layihələrlə kanalın daha baxımlı olması üçün yorulmadan çalışır. Kollektivdə sağlam yaradıcı mühitin yaranması və qorunub saxlanması üçün möhkəm zəmin yaradıb; istedadlı, savadlı gənclərin potensial imkanlarının üzə çıxması üçün tam şərait qurub.



Hər bir verilişin çəkilişi zamanı pavilyona gələrək prosesə şəxsən nəzarət edir və lazımi göstərişlərini verir. Aybəniz xanım həm də gözəl idarəçilik bacarığına sahib olduğu üçün kollektivin hər bir üzvü ilə fərdi qaydada söhbət aparır. Onlara peşələrini sevməyi, obyektiv və qərəzsiz olmağı tövsiyə edir, mütəmadi olaraq psixoloji və mənəvi dəstək göstərir. Dövlətimizin, dövlətçiliyimizin, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun və cənab Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin təbliğatçısı kimi, kollektivi də bu ruhda maarifləndirir.



Aybəniz xanım məsuliyyətli rəhbər olmaqla yanaşı, həm də iki övlad anasıdır. Artıq müstəqil həyata atılan bu gənclər analarının təlim-tərbiyəsindən ilham alaraq Vətənə, dövlətə və dövlətçiliyə bağlı ləyaqətli övladlar kimi böyüyürlər.

Uğurlarınız bol olsun, Aybəniz xanım!
Az olacaq, çox olacaq,
Səndən bir də olmayacaq...



Alim Nəbioğlu