Britaniyalı aktyor Patrik Stüart vəfat edib
Böyük Britaniya aktyoru Patrik Stüart 87-ci yaşının tamamında, Los-Ancelesdəki evində, yaxınlarının və dostlarının əhatəsində dünyasını dəyişib. Oxuməni. az xəbər verir ki, bu barədə dünya KİV-ləri oktyabrın 30-u gecə Stüartın ailəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, "Ulduz yolu: Nəsil davamı" serialında kapitan Jan-Lük Pikard, həmçinin "İks-adamlar" filmlər seriyasında professor Çarlz Ksavye rolları ilə tanınan aktyor, Alzheimer xəstəliyi və Livi cisimcikləri ilə bağlı demensiya ilə qısa müddət mübarizə apardıqdan sonra oktyabrın 28-də vəfat edib.
1940-cı ildə İngiltərənin Qərbi Yorkşir qraflığında anadan olan Patrik Stüart aktyorluq karyerasına 19 yaşında başlayıb. 1966-cı ildə o, nüfuzlu Kral Şekspir Şirkətinə (Royal Shakespeare Company, RSC) daxil olub. 2009-cu ildə Böyük Britaniya kraliçası II Yelizaveta Stüartı cəngavər elan edib.
KNA agentliyinin qeyd etdiyi kimi, Patrik Stüart müxtəlif sosial məsələlərlə fəal məşğul olub və ictimaiyyətin diqqətini, xüsusən də evdə zorakılıq və müharibə veteranlarının psixoloji xəstəlikləri kimi problemlərə cəlb edib. Bundan əlavə, o, qaçqınların müdafiəsinə qalxıb və heyvan hüquqları uğrunda mübarizə aparıb.
Almaz Həsənli





















.jpg)


































.jpg)



















.jpg)
.jpg)
.jpg)















