Tanınmış musiqiçi yaşayış məntəqəsində avtomobili yüksək sürətlə idarə etdiyinə görə məsuliyyətə cəlb olundu

Tanınmış musiqiçi yaşayış məntəqəsində avtomobili yüksək sürətlə idarə etdiyinə görə məsuliyyətə cəlb olundu

Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya məhkəməsi tanınmış pianoçu Kyohei Sorita barəsində hökm çıxarıb. Musiqiçi yaşayış məntəqəsində avtomobili yüksək sürətlə idarə etdiyinə görə məsuliyyətə cəlb olunub.
Məlumata görə, Kyohei Sorita yaşayış massivində müəyyən edilmiş maksimum sürət həddini ciddi şəkildə aşaraq avtomobili 144 km/saat sürətlə idarə edib. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sənətçinin bu əməli hüquq-mühafizə orqanları tərəfindən qeydə alınıb.
Məhkəmənin qərarı ilə məşhur pianoçu 3 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Kyohei Sorita beynəlxalq aləmdə tanınan yapon pianoçularından biridir. O, 2021-ci ildə keçirilən nüfuzlu Beynəlxalq Fryderyk Chopin Piano Müsabiqəsində ikinci yeri tutaraq böyük şöhrət qazanıb. Musiqiçinin bu davranışı Yaponiya ictimaiyyətində və onun pərəstişkarları arasında təəssüflə qarşılanıb...

Şahmurad