Cennifer Lourens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lourens Zak Kreqqerin yeni filmində rol alacaq

Bəyəndim (1) Bəyənmədim (0)

Cennifer Lourens ("Mənim sevgilim dəlidir", "Amerika sayağı kələk", "Sərnişinlər", "Yuxarı baxmayın", "Aclıq oyunları" və "İks adamlar" franşizaları) Zak Kreqqerin ("Barbarian", "Weapons", "Resident Evil") növbəti filmində baş rolu ifa edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

"Warner Bros." və "New Line Cinema" studiyalarının istehsalı olan elmi-fantastik triller janrındakı "Daşqın" (The Flood) filminin süjet təfərrüatları və aktyor heyətinin qalan hissəsi hələlik açıqlanmır.

Hazırda internetdə yalnız o məlumat yayılıb ki, Lourens "Spiritus Mundi" kosmik gəmisinin kapitanı Yelena Voss rolunu oynayacaq. O, kainatın dərinliklərinə doğru gedən sirli bir missiyaya rəhbərlik edir. Gəmi heyəti uzaq bir planetdən gələn qəribə və təkrarlanan siqnalı qeydə aldıqda, Voss həmin planetə getmək qərarına gəlir.

Kreqqer özü daha əvvəl Stenli Kubrikin "2001-ci il: Kosmik odissey" filmini yeni layihəsi üçün atmosfer baxımından əsas ilham mənbələrindən biri adlandırıb. O, öz filmini qəfil qorxunc səhnələrlə dolu ənənəvi qorxu filmi kimi deyil, dərindən narahatedici və qeyri-adi bir əsər kimi xarakterizə edib.

Adı həm də "Sel" kimi tərcümə olunan filmin premyerası 11 avqust 2028-ci ilə planlaşdırılıb.

Almaz Həsənli