Madonna 23 ildən sonra ilk dəfə MTV Video Music Awards mərasimini açacaq

Madonna 23 ildən sonra ilk dəfə MTV Video Music Awards mərasimini açacaq

Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı müğənni Madonna 23 ildən sonra ilk dəfə ən yaxşı videokliplərə həsr olunmuş "MTV Video Music Awards" (VMA) mükafatlandırma mərasimini açacaq. Tədbir sentyabrın 27-də baş tutacaq. Oxuməni az xəbər verir ki, bu barədə Rollingstone.com məlumat yayıb.

Madonna 1984-cü ildə keçirilən ilk VMA mərasimini "Like a Virgin" mahnısı ilə açmışdı. O, sonuncu dəfə MTV VMA səhnəsində 2003-cü ildə Britni Spirs və Kristina Agilera ilə birlikdə çıxış edib.

İyul ayında Madonnanın "Confessions II" albomu işıq üzü görüb. Hazırda müğənni VMA-da nominasiyaların sayına görə birinci yerdədir. O, "İlin artisti", "İlin mahnısı", "İlin videosu" və "Ən yaxşı xoreoqrafiya" daxil olmaqla 11 kateqoriyada namizəddir. Nominasiyaların sayına görə ikinci yerdə isə doqquz kateqoriya ilə müğənni Teylor Svift qərarlaşıb.

Almaz Həsənli