"Hörümçək-adam: Yeni gün" tarixin ən çox gəlir gətirən ilk 3 filmi sırasına daxil olub
Beşinci həftəsonunun nəticələrinə görə, "Hörümçək-adam: Yeni gün" filminin gəliri 891 milyon dollara çatıb. Superqəhrəman filmi "Odisseya" və "Hiyləgər koyot" filmlərini geridə qoyaraq yerli çartlarda liderliyini qoruyur. Oxuməni.az xəbər verir ki, bu barədə "The Hollywood Handle" özünün X səhifəsində məlumat yayıb.
Dünya prokatında film artıq 2,33 milyard dollardan çox gəlir əldə edib. Beləliklə, "Yeni gün" gəlirlərinə görə "Avatar: Suyun yolu" filmini geridə qoyaraq kino tarixində ən çox gəlir gətirən ilk üç film sırasına daxil olub — hazırda onu yalnız "Qisasçılar: Final" və 2009-cu ilin "Avatar" filmi qabaqlayır. Analitiklər istisna etmirlər ki, prokatın sonunda film Marvel kinolainin bütün layihələri arasında ən çox gəlir gətirən layihə olacaq.
Kino tarixində ən çox gəlir gətirən filmlər:
- "Avatar" (2009) — 2,92 mlrd. $
- "Qisasçılar: Final" (2019) — 2,79 mlrd. $
- "Hörümçək-adam: Yeni gün" (2026) — 2,33 mlrd. $
- "Avatar: Suyun yolu" (2022) — 2,33 mlrd. $
- "Neja Əjdaha kralını məğlub edir" (2025) — 2,27 mlrd. $
- "Titanik" (1997) — 2,26 mlrd. $
- "Ulduz müharibələri: Gücün oyanışı" (2015) — 2,07 mlrd. $
- "Qisasçılar: Sonsuzluq savaşı" (2018) — 2,05 mlrd. $
- "Hörümçək-adam: Evə yol yoxdur" (2021) — 1,92 mlrd. $
- "Zootopiya 2" (2025) — 1,86 mlrd. $
"Hörümçək-adam: Yeni gün" filminin hadisələri "Evə yol yoxdur" filminin hadisələrindən dörd il sonra cərəyan edir. Süjetə görə, mehriban qonşu Nyu-Yorku cinayətkarlıqdan qorumağa davam edir, bu vaxt yaxınları onun varlığını tamamilə unudublar. Bu arada şəhərdə yeni cinayətlər silsiləsi baş verir ki, bu da Piterin həyatındakı ən təhlükəli düşmənlərdən birinin ortaya çıxmasına səbəb olur.
Almaz Həsənli





























































































