Mədəniyyətimizə böyük töhfələr verən Cavid Cavad oğlu
Cavid Cavad oğlu Rəsulov istedadlı bir bəstəkar-aranjımançıdır. Mədəniyyətimizə böyük töhfələr verib.Gəlin onunla yaxından tanış olaq:
Cavid Cavad oğlu Rəcəbov, 13 İyun 1983-cü il Bakı şəhərində anadan olub. 1989-1997-ci illərdə Lənkıran şəhərində C.Cabbarlı adına 1 saylı musiqi məktəbində təhsil alıb. 2000-ci ildə Bülbül adına musiqi məktəbin bitirib, 2001-2005-ci illərdə Musiqi Akademiyasında təhsil alıb. 2021-2023-cü illərdə H.Əliyev adına Respublika sarayında musiqi redaktoru, aranjınçı-orkestrovşik və səs rejissoru vəzifəsində calışıb. 2002-2006-cı illərdə "Səbuhi" səs yazma şirkətində, 2006-2008-ci illərdə "Kosset" zavodunda, 2008-2011- ci illərdə "Eko" prodakşında oranjımançı vəzifəsində çalışıb. Sonrakı illərdə özünün şəxsi "CCR" səs yazma studiyasını yaradıb. Bu günədək fəaliyyətini davam etdirir. Ramiz Mirişli, Faiq Sudcəddinov, Tahir Əkbər, Vaqif Gərayzadə, Nailə Mirməmmədli, Elza Seyidcahan və Xanım Ismayıl qızı ilə birgə yaradıcılıq iş birlikləri olmuşdur. Xalq yazıçısı Anarın sözlərinə bəstəkar Şahin Musa oğlunun bəstələdiyi "Zəngilan" mahnısını (Yazıçılar birliyinin sədri Anarın məktubla müraciəti əsasında) aranjıman etmişdir. Pikə Axundova, Ramal İsrafilov, Tünar Rəhman oğlu, Nazim Məmmədov, Aynur Adil qızı, İlhamə Adil qızı kimi şairə və bəstəkarların əsərlərini aranjıman etmişdir. Xalq artistləri Alim Qasımov, Azər Zeynalov, Brilyant Dadaşova, Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Ağadadaş Ağayev, Röya Ayxan, Aftandil İsrafilov, Rafiq Hüseynov (Rəmiş), əməkdar artistlərdən Ramil Qasımov, Nurlan Növrəsli, Teymur Əmrah, Aybəniz Haşımova, Əlilicanzadə Qorxmaz, Baloğlan Əşrəfov, Həsənağa Sadıxov, İnarə Babayeva, Səlim Abbasov, Elman Əzimov və sairə müğənnilər və musuqiçi-instrumentalistlərlə iş birliyi olub. Musiqi əsərlərini və mahnıları kreativ yaradıcı aranjıman üslubunda işləmişdir. Xalq artisti Rasim Balayev, Alim Qasımov və Samir İsayevlə "Ya Allah" musiqili-bədii kompozisiyanı layihə çərçivəsində işləmişdir. Bəstəkar Tamilla Əhədovanın "Beş qapı" musiqili tamaşanı kreativ yaradıcı aranjıman üslubunda işləyib ərsəyə gətirmişdir. Mədəniyyət Nazirliyi və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə Respublika sarayında nümayiş etdirilmişdir.
("Heydər baba", mus. Ağadadaş Abdullayev, söz. Oktay Zəka, ifaçı Cavad Rəcəbov, "Heydər ata" mus. xalq art. Ramiz Mirişli, söz. Vahid Əziz, ifaçı x.art. Brilyant Dadaşova, 2012-ci ildə ilk dəfə prezidentə həsr olunmuş mahnı "İlham Əliyev" musiqisi və sözləri Ehtiram və İntiqam Rüstəmov qardaşlarına məxsus, "Vətən oğlu" musiqi Cavid Cavad oğlu, söz. Tükəzban Cahangirova, ifaçı Cavid Cavad oğlu.) bəstələdiyi mahnıları özü aranjıman edib.
"Bakı gecələri", "Mavi Xəzər", söz Mehman Əhmədli, ifa Emil Bədəlov, "Bir addım", ifaçı Sevda Yəhyayeva, söz Mehman Əhmədli, "Zəng elə" söz Mehman Əhmədli, "Olmadı" söz Kənan MM, ifaçılar Səidə Sultan, Emil Bədəlov, "Ayrılıq" söz Mehman Əhmədli, ifaçı İlahə İbadova, .....
Cavid Rəcəbovun ifasında səslənən mahnılar :
"Dəvə balası" söz Elçin Aqa, "Dil bəla" söz Ağa Maştağalı.

"Quranı Kərimi"i səsləndirən aktyorlar xalq artistləri Ələbbas Qədirov, Rasim Balayev, İlham Əsgərov, Nurəddin Mehdixanlı olmuşdur. Fon musiqisini, (mətnə uyğun, abı-hava yaradan, sərbəst, improvizə üslubunda, melodiya bəstələnib) bu bəstələr bəstəkar-aranjımançı Cavid Cavad oğluna məxsusdur. Həm də səs rejissoru kimi proyektdə iştirak edib. Bütün proyektlərdə aranjımanla bərabər şəxsən səs rejissoru kimi müğənnilərin ifasını yazmışdır.
Bəstəçi, aranjımanı, orkestratorçi (orkestrovşik), kreativ-aranjeman üslubunda yanaşmağı ilə digər aranjıman və orkestratorculardan xüsusi ilə fərqlənir...
Cavid bəy Sizə uğurlar...Səsiniz daha böyuk Zirvələrdən gəlsin..
İstedadları tanıyaq və tanıdaq..
Hazırladı: Murad Şahməmmədov





























































































