Bakıda Gennadi Xazanovun yaradıcılıq gecəsi keçiriləcək
Bu payız Bakıda Gennadi Xazanovun “Mən xatirələrlə örtülürəm” adlı yeni solo yaradıcılıq gecəsi keçiriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə iticket.az saytında məlumat verilib.
Konsert noyabrın 1-də Heydər Əliyev Sarayında baş tutacaq
Tədbir zamanı Gennadi Xazanov həyatından – uşaqlıq və gənclik illərindən, səhnə və səhnəarxası həyatından, taleyini dəyişən böyük insanlarla görüşlərindən, təsadüflərdən və yaddaşında əbədi iz buraxan hadisələrdən danışacaq.
Tamaşaçıları sənətçinin məşhur yumoru, incə özünütənqidi, gözlənilməz etirafları və xatirələri gözləyir. Gecənin xüsusi hissəsi sənətçinin şəxsi arxivindən unikal videomaterialların nümayişi olacaq. Belə ki, nadir kadrlar, çıxışlardan fraqmentlər, televiziya çəkilişləri və daha əvvəl geniş ictimaiyyətə təqdim olunmamış görüntülər nümayiş etdiriləcək.
Almaz Həsənli















































































.jpg)
.jpg)
.jpg)




.jpg)









