"Odisseya" filmli ilk həftəsonunda çox böyük gəlir əldə edib
Kristofer Nolanın "Odisseya" filmi nümayişinin ilk həftəsonunda təxminən 264 milyon dollar gəlir əldə edib. Oxuməni.az-ın "Variety"yə istinadən verdiyi məlumata görə, bu, rejissorun digər filmləri ilə müqayisədə daha yüksək göstəricidir.
Nəşrin məlumatına görə, ekran əsəri ABŞ-ın təxminən 4 min kinoteatrında 124,5 milyon dollar toplayıb. Digər ölkələrdə isə "Odisseya"nın kassa gəliri 139,6 milyon dollara çatıb. "Variety" dəqiqləşdirir ki, gəlirlər 73 bazarda hesablanıb. Onlardan 48-ində "Odisseya" Nolanın ilk həftəsonunda ən çox gəlir gətirən filmi olub.
Məqalədə qeyd olunur ki, film ilk nümayiş günlərində Nolanın digər uğurlu ekran əsərləri olan "Qara cəngavər: Əfsanənin dirçəlişi", "Qara cəngavər" və "Oppenhaymer"i gəlirlərinə görə geridə qoyub. Birinci film ilk həftəsonunda 249 milyon dollar, ikincisi 198 milyon dollar, üçüncüsü isə 180 milyon dollar toplamışdı.
Ekran əsəri tamamilə IMAX lent kameraları ilə çəkilib.
"Odisseya" Kristofer Nolanın "Universal Pictures"in himayəsi altında çəkilmiş layihəsidir. Nolan filmin ssenarisini 2024-cü ilin yazında yazmağa başlayıb. İtaka çarı Odissey rolunu Mett Deymon canlandırır. Ulduz heyətinə, həmçinin Tom Holland, Enn Heteuey, Robert Pattinson, Lupita Nionqo, Zendaya, Şarliz Teron, Elliot Peyc, Con Berntal və Con Lequizamo daxildir.
Almaz Həsənli




.jpg)

























































































