Yeni "Harri Potter" filminin premyerası 2026-cı ilin dekabrında baş tutacaq
HBO, C. Roulinqin "Harri Potter və Sirlər Otağı" əsəri əsasında çəkilmiş "Harri Potter" serialının ikinci mövsümünün çəkilişlərinə rəsmi olaraq icazə verib. Çəkilişlər bu payızda, hətta birinci mövsüm dekabrda yayımlanmamışdan əvvəl başlayacaq. Bu barədə Oxuməni.az, “Variety”-yə istinadən məlumat yayıb.
Yeni seriyaların çəkilişləri artıq 2026-cı ilin payızında başlayacaq ki, bu da şirkət rəhbəri Keysi Bloysun daha əvvəl dediyi HBO planlarına uyğundur. Telekanal Roulinqin “Harri Potter” haqqında yeddi kitabının hamısını on il ərzində yeddi mövsümlük serial şəklində adaptasiya etmək istəyir. Davamda silsilənin ikinci kitabı olan "Harry Potter və Sirlər Otağı " adaptasiya olunacaq. Hələlik dəqiq buraxılış tarixi açıqlanmır. Şounun yaradıcıları artıq xəbərdarlıq ediblər ki, mövsümlər arasında hiss olunan fasilələr olacaq ki, post-prodakşn və vizual effektlər üzərində işləmək üçün kifayət qədər vaxt qalsın.
Bundan əlavə, birinci mövsümün ssenaristlərindən biri olan Con Braun şou-ranner vəzifəsinə yüksəldilib. O, "Succession" və "The Man in the High Castle" seriallarında çalışmış Françeska Qardinerlə birlikdə serialın gələcək işlərinə rəhbərlik edəcək. Braun da əvvəllər "Succession", həmçinin "Misfits" və "The Franchise" seriallarında çalışıb.
"Harri Potter" HBO və HBO Max-da dekabrın 25-də start götürəcək. C. Roulinqin roman silsiləsinin televiziya adaptasiyasında baş rolları müvafiq olaraq Harri Potter, Hermiona Greyncer və Ron Uizli obrazlarını canlandıran Dominik Maklaflin, Arabella Stenton və Alaster Staut ifa edirlər.
Xatırladaq ki, mart ayında HBO Max-ın YouTube kanalında "Harri Potter" serialının ilk treyleri yayımlanıb.
Almaz Həsənli




























































.jpg)
.jpg)
.jpg)






























