Yulduz Usmonovanın Nyu-Yorkdakı konserti etirazlardan sonra ləğv edildi
Özbək müğənnisi Yulduz Usmonovanın 9 mayda Nyu-Yorkun Brayton-Biç rayonunda keçirilməsi planlaşdırılan konserti yəhudi icması və bir sıra ABŞ siyasətçilərinin etirazlarından sonra ləğv edilib. Oxuməni.az xəbər verir ki, bu barədə çıxışın keçirilməli olduğu “Oceana” teatrı İnstaqram səhifəsində məlumat verib.
Nyu-York ştatının Assambleyası üzvləri Maykl Novaxov və Aleks Bruk-Krasni ABŞ dövlət katibi Marko Rubioya müraciət edərək müğənninin vizasının ləğv edilməsini tələb ediblər. Səbəb kimi onun əvvəlki, antisemitik hesab edilən və ictimai qəzəbə səbəb olan açıqlamaları göstərilib.
Siyasətçilərin sözlərinə görə, Usmonovaya ictimai şəkildə üzr istəmək imkanı təklif olunub, lakin o, bundan imtina edib.

4 apreldə keçirilən mətbuat konfransından sonra Oceana Teatrı rəsmi olaraq konsertin ləğv olunduğunu və biletlərin pulunun geri qaytarılacağını elan edib. Görünür, teatr musiqinin yaxşı olduğunu, lakin qalmaqalın lazım olmadığını düşünüb.
Müğənninin özü isə mövqeyini dəyişmək niyyətində olmadığını bildirib:
"Mənim üzr istəyəcəyimi düşünürsünüzsə, yanılırsınız. Mən öz fikirlərimdə qalacağam."
O, həmçinin Fələstinə dəstək ifadə edib və İsraili tənqid edib.
Bununla belə, 11 mayda Vaşinqtonda, Kennedi Mərkəzinin Terrace Theater-da başqa bir konsertin keçirilməsi planlaşdırılır. Onun taleyi hələlik müəyyən deyil.
Almaz Həsənli































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)




























