Netflix Robert De Niro ilə manyak trillerinin ilk kadrlarını göstərdi
"Netflix" striminq xidməti yeni detektiv triller filmi "Şəpırtı"nın (The Whisperer) çıxacağını elan edib. Bu, yazıçı Aleks Nortun eyniadlı bestsellerinin ekranlaşdırılmasıdır. Oxuməni.az xəbər verir ki, filmin ilk kadrları xidmətin rəsmi Facebook səhifəsində yayımlanıb.
Filmdə baş rolları Robert De Niro, Adam Skott ("Böyük kiçik yalanlar") və Mişel Monahan ("Missiya: Qeyri-mümkün 3", "Ağ lotus") ifa ediblər.
Süjetə görə, dul yazıçı Tom Kennedi 8 yaşlı oğlunu tək böyüdür. Həyat yoldaşının ölümündən sonra o, övladı ilə birlikdə kiçik Fazerbenk şəhərinə köçür.
Tezliklə məlum olur ki, bu şəhərdə 20 il əvvəl "Şəpırtı" ləqəbli seriyalı qatil fəaliyyət göstərib. O, qurbanlarını pəncərənin altından nəsə fısıldayaraq cəlb edirmiş. Qatil tutulub və sakinlərin nəfəsi rahatlaşıb. Lakin gözlənilmədən Tomun oğlu oğurlanır.
Polisin istintaqını gözləməyə gücü çatmayan Tom, özü oğlunu axtarmağa başlayır. O, kömək üçün atasından, keçmiş polis detektivindən kömək istəyir. Birlikdə onlar "Şəpırtı" ləqəbli məhkum edilmiş seriyalı qatillə bağlı çox illik işə qayıdırlar.
Filmin rejissoru Ceyem Eşkroft ("Qəddar intiqam"), ssenari adaptasiyası isə Çeyz Palmer ("O") və Ben Ceykobinin ("Omen. İlk əlamət") işidir.
Triller striminq xidmətində avqustun 28-də yayımlanacaq.
Almaz Həsənli
































































































