Maykl Cekson haqqında biografik film gəlir rekordu qırdı
Pop musiqisinin "Kralı" Maykl Cekson haqqında, ötən həftə, ekranlara çıxan "Maykl" filmi ilk həftəsonunda ABŞ-da 97 milyon dollar, dünya üzrə isə 217 milyon dollar gəlir əldə edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb. Bu, bütün zamanların bioqrafik filmləri (bayopiklər) üçün ilk həftəsonu gəlirləri üzrə ən böyük rekorddur.
Maykl Ceksonun rolunu onun qardaşı oğlu Caafer Ceksonun canlandırdığı "Maykl" filminin dünya premyerası ötən çərşənbə, aprelin 22-də baş tutub.
Musiqiçilər haqqında çəkilən bayopiklər arasında əvvəlki rekord "Bohemian Rhapsody" filminə məxsus idi. Bu filmdə Freddi Merkurini Rammi Mələk canlandırıb və 2018-ci ildə premyeradan sonra ilk həftəsonunda 124 milyon dollar gəlir əldə etmişdi.
Yalnız musiqiçilər haqqında deyil, bütün bayopiklər arasında rekordçu indiyə qədər atom bombası yaradıcısı Robert Oppenheymer haqqında olan "Oppenheimer" filmi idi. Bu film 2023-cü ildə ilk həftəsonunda 180 milyon dollar gəlir toplamışdı. Beləliklə, "Maykl" bu daha geniş kateqoriyada da rekord müəyyən edib.
Tamaşaçılar bu musiqili filmi tənqidçilərdən daha böyük həvəslə qarşılayıblar. Bəzi tənqidçilər filmin müəlliflərini mərhumun həyatının və karyerasının "steril" versiyasını yaratmaqda günahlandırırlar.
“Rotten Tomatoes”-da filmin tənqidçilər arasındakı orta reytinqi cəmi 38% təşkil edir, tamaşaçılar arasında isə bu rəqəm 97%-dir.
"Maykl" filmində müğənninin həyatının son illərini müşayiət edən (2009-cu ildə 51-ci ad gününə bir ay qalmış vəfat edib) uşaqlara qarşı seksual təcavüz ittihamları heç vaxt qeyd olunmur.
Qeyd edək ki, layihə təxminən 200 milyon dollara başa gəlib və bu, onu bütün dövrlərin ən bahalı bioqrafik filmlərindən birinə çevirib. Statistikaya görə, bilet alanların 61%-i qadınlar olub ki, onların da 66%-i 25 yaşdan yuxarı olub.
Almaz Həsənli

































.jpg)






































.jpg)






















