Sony Pictures rəsmi olaraq Labubu haqqında filmin çəkiləcəyini elan etdi

Sony Pictures rəsmi olaraq Labubu haqqında filmin çəkiləcəyini elan etdi

Bəyəndim (2) Bəyənmədim (0)


Sony Pictures kinokompaniyası və məşhur Labubu oyuncaqlarının istehsalçısı Pop Mart rəsmi olaraq yaxın vaxtlarda Labubunun baş rolda çəkiləcəyi filmin üzərində işə başlanacağını bildirdilər. Oxuməni.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
BBC-nin şirkətlərin bəyanatına istinadən verdiyi məlumata görə, filmdə həm canlı çəkilişlər, həm də kompüter animasiyası olacaq.
Daha əvvəl mediada belə bir filmin çəkilişlərinə hazırlıq getdiyi barədə qeyri-rəsmi məlumatlar yayılmışdı. Rəsmi bəyanat, "Paddingtonun Macəraları" və "Vonka" kimi filmləri, həmçinin "The Mighty Boosh" komediya serialı ilə tanınan Pol Kinqin filmin rejissoru seçildiyi barədə şayiələri təsdiqlədi. On il əvvəl Labubu obrazını yaradan Honkonqlu dizayner Kasing Lunq icraçı prodüser təsdiqlənib. Ssenarini Pol Kinq Stiven Levensonla birlikdə yazacaq.
Pop Mart Labubunu 2019-cu ildə təqdim etdi. Oyuncaqlar 2025-ci ildə ən böyük populyarlıq qazandı ki, bu da Pop Mart-ın səhmlərinin yüzlərlə faiz artmasına səbəb oldu. Şirkətin dünyanın 30-dan çox ölkəsində 500-dən çox oyuncaq mağazası var.
Almaz Həsənli