Suriyalı Dua Faris Almaniyanın gözəllik kraliçası tacına layiq görülüb
Almaniya "Miss Almaniya 2026" müsabiqəsinin qalibi məlum olub. Suriyanın Qamışlı şəhərində anadan olan 26 yaşlı Dua Faris 7 martda Münhendə keçirilən finalda təxminən 2600 namizəd arasında birinci seçilib.
Sosial mediada "Roza Mandi" kimi tanınan Faris uşaq ikən Almaniyaya mühacirət edib. Bu gün Twitch və digər sosial media platformalarında yüz minlərlə izləyici toplayan Faris uğurunu izləyiciləri ilə bölüşüb. O, uğurunu "Hər şey bir xəyalla başladı" sözləri ilə elan edib və "Miss Almaniya" olacağını gözləmədiyini bildirib.
Faris həmçinin müsabiqə zamanı onun haqqında edilən şərhlərə də toxunub: "Hamı mənə dedi ki, 'O, alman deyil, o, Almaniya Missı ola bilməz, o, gözəl deyil'. Amma sonda mən Almaniya Missı oldum. İndi heç kim heç nə deyə bilməz", - deyə o bildirib.
Müsabiqədə iştirak etmək məqsədinin yalnız gözəlliklə bağlı olmadığını vurğulayan Faris, xüsusilə qadınlar və uşaqlar üçün sosial şüur yaratmaq istədiyini qeyd edib. O, onlar üçün nümunə olmağa və onlara səs verməyə çalışdığını bildirib. Yeni sistemin gözəllik müsabiqəsində ənənəvi tacı aradan qaldırdığını qeyd edən Faris, üzərində "Miss Almaniya" yazısı olan rəsmi qırmızı kəməri göstərərək, "İndi tac sistemi aradan qalxdı" yazısını yazdı.
Əziz MUSTAFA


















































































.jpg)
.jpg)
.jpg)








