2026-cı il Rok-n-roll Şöhrət Zalına namizədlər açıqlanıb

2026-cı il Rok-n-roll Şöhrət Zalına namizədlər açıqlanıb

Bəyəndim (1) Bəyənmədim (0)

Rok-n-roll Şöhrət Zalı 2026-cı il namizədlərinin siyahısını açıqlayıb. Bu barədə Oxuməni.az təşkilatın “rockhall.com” rəsmi veb saytına istinadla xəbər verir.

Qısa siyahıya popdan ağır metala qədər müxtəlif janrları təmsil edən 17 sənətçi daxildir. Namizədlər arasında Fil Kollinz, Şakira, Merayya Keri, Sade qrupunun solisti, Pink və Britaniya metal qrupu Iron Maiden var. Əvvəllər namizədlikdən keçə bilməyən Billy Idol və Joy Division/New Order də namizədlərdir.

Pink və Şakira da daxil olmaqla bəzi sənətçilər üçün bu, onların ilk namizədliyi olacaq. Uyğunluq qaydalarına görə, sənətçinin ilk kommersiya albomunun yayımlanmasından ən azı 25 il keçməlidir. Qaliblər 1200-dən çox musiqi sənayesi nümayəndəsi tərəfindən səsvermə yolu ilə seçiləcək.

Almaz Həsənli