ABŞ Prezidenti Tramp Niki Minaja öz avtoqrafı ilə imzalanmış İncil hədiyyə edib
Trinidadlı rep ifaçısı Nicki Minaj sosial şəbəkə X-də bildirib ki, ABŞ Prezidenti Donald Tramp ona imzalı İncil hədiyyə edib. Bu barədə Oxuməni.az “Gazeta.ru”ya istinadla xəbər verir.
Minaj Trampın imzası olan məhdud saylı İncilin fotosunu paylaşıb. Nəşrdə "Allah Amerikaya xeyir-dua versin" yazısı və ABŞ bayrağının təsviri yer alıb. Sənətçi bu kitabı həyatındakı ən əhəmiyyətli hədiyyələrdən biri adlandırıb.
Hədiyyəyə İncildən başqa həmçinin Trampın imzası həkk olunmuş qələm də daxildir. Şərhlərdə rep ifaçısı tənqid olunub.
"Aldığın ən əhəmiyyətli hədiyyələrdən biri Trampın imzalı Müqəddəs Kitabıdır? Bu, Allaha istehza, sən isə saxta xristiansan", - deyə bir istifadəçi bildirib.
Nicki Minaj son bir neçə ayda Trampı fəal şəkildə dəstəkləyib. ABŞ Xəzinədarlığının təşkil etdiyi müştəri hesabları ilə bağlı Vaşinqtonda keçirilən sammit zamanı sənətçi özünü "bir nömrəli prezident fanatı" adlandırıb, Tramp isə cavabında onun dırnaqlarını tərifləyib.
Yanvar ayının sonunda Minaj bildirib ki, prezident Donald Trampdan "qızıl kart" alaraq ABŞ pasportu əldə edəcək. Adətən “Trump Gold” kartı insanlara vətəndaşlıq təklif edir, lakin bunun üçün Daxili Təhlükəsizlik Nazirliyinin məlumatlarının emalı üçün 15 min dollar və 1 milyon dollarlıq ianə ödəməli olurlar.
Almaz Həsənli











































.jpg)
.jpg)
.jpg)































.jpg)
.jpg)
.jpg)














