Mikelancelo eskizi hərracda 27,2 milyon dollara satıldı
Renessans dövrünün rəssamı və heykəltəraşı Mikelancelo Buonarrotinin (1475-1564) rəsm əsəri Christie's hərrac evində 27,2 milyon dollara satılıb. Bu barədə hərrac evinin mətbuat xidməti məlumat verib.
Christie’s ekspertləri əvvəl məlum olmayan, qırmızı tabaşirlə çəkilmiş eskizdə Liviyalı Sibillanın sağ ayağının təsvir olunduğunu müəyyən ediblər. Bu peyğəmbər qadın fiqurunu Vatikanın Sistin kapellasında freskalarda görmək mümkündür.
Lotun başlanğıc qiyməti 1,5-2 milyon dollar arasında idi. Hərrac 45 dəqiqədən çox davam edib və anonim alıcı tərəfindən 27,2 milyon dollara rəsm əsərinin alınması ilə başa çatıb.
İtalyan heykəltəraş, rəssam, memar və şair Mikelancelo Qərb incəsənətinin inkişafına böyük təsir göstərib. Onun ən məşhur əsərləri arasında Sistin kapellasının tavan rəsmi (1508-1512), 300-dən çox fiquru əhatə edən, Florensiyada yerləşən Davud heykəli və Vatikanın Müqəddəs Pyotr kilsəsində saxlanılan “Pieta” (İsanın yas mərasimi) heykəltəraşlıq kompozisiyası yer alır.
Almaz Həsənli






































.jpg)
.jpg)
.jpg)































.jpg)
.jpg)
.jpg)

















