Luvr məşhur soyğundan sonra ilk dəfə İmperatriça Yevgeniyanın tacını nümayiş etdirdi
İmperatriça Yevgeniyanın tacı cinayət yerindən çox da uzaq olmayan yerdə tapıldı. Soyğun zamanı oğrular tələsik onun üzərinə basmışdılar, buna görə də geri qayıtmadılar. Tac ciddi zədələnmişdi, lakin Luvr tarixi relikviyanı bərpa edə biləcəklərini bildirdi.
Tacın əsas konstruksiyası deformasiyaya uğramışdı. Lakin dekorativ elementlər demək olar ki, zədələnməmişdi. Səkkiz qızıl qartaldan yalnız biri yoxdur. Bütün 56 zümrüd yerindədir, 1354 brilyantdan isə yalnız on ən kiçiyi itirilmişdir. Tacı bəzəyən brilyant və zümrüdlərdən ibarət kürə də salamat qalmışdı.
"Buna görə də, onun tam bərpası itirilmiş hissələrin yenidən qurulmasına və ya bərpasına ehtiyac olmadan mümkündür. Söhbət onun çərçivəsinin ilkin formasının bərpasından gedəcək", - Luvrın mətbuat xidmətinin məlumatında deyilir.
Muzey tezliklə qədim zərgərlik əşyalarının bərpası üzrə ən yaxşı mütəxəssisləri seçmək üçün müsabiqə elan edəcək. İmperatriça Yevgeniyanın tacı böyük tarixi və mədəni irsə malik olduğundan, Luvr relikviyanın bərpa prosesinin dəqiqliyinə nəzarət edəcək ekspertlərdən ibarət məsləhət komitəsi yaradacaq.
Komitəyə yalnız muzey mühafizəçiləri, zərgərlik sənəti tarixçiləri, tarixi metallar üzrə ekspertlər deyil, həm də uzun tarixi Tac Almazlarının tarixi ilə sıx bağlı olan beş tarixi Fransız zərgərlik evindən birinin nümayəndəsi daxil olacaq.
İmperatriça üçün tacı III Napoleon 1855-ci il Ümumdünya Sərgisi üçün saray zərgəri Aleksandr-Qabriel Lemoniyedən imperatorun tacı ilə eyni vaxtda sifariş etmişdi. Luvrın mətbuat xidməti qeyd etdi ki, Yevgeniya üçün tacı daha zərif və yüngül yaratmaq mümkün olub, lakin bu, onun təntənəli xarakterini itirməyib.
2025-ci il oktyabrın 19-u səhər saatlarında oğrular Parisdəki Luvr muzeyinə daxil olublar. Onlar pəncərələri sındırıb, Apollon qalereyasına girib və Napoleonun zərgərlik kolleksiyasından doqquz əşyanı oğurlayıblar.
Almaz Həsənli



































.jpg)
.jpg)
.jpg)































.jpg)
.jpg)
.jpg)




















