7 tanınmış şəxsiyyət bir binada qonşuluqda yaşayıblar
Azərbaycan dünyada tarixboyu özünəməxsus mədəniyyəti, elmi, adət-ənənələri, tolerantlığı ilə seçilən, tanınan nadir ölkələrdən biridir. Bunu ölkəmizin hər yerində, o cümlədən paytaxtımız Bakıda hər addımbaşı aydın şəkildə görmək mümkündür.
Buna misal kimi Bakıda, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsində yerləşən binanı göstərmək olar. Belə ki, bu binada 7 tanınmış şəxsiyyət - teleaparıcı Rafiq Hüseynov, akademik Həsən Əhmədov, xanəndə Xan Şuşinski, AMEA-nın sabiq prezidenti Fəraməz Maqsudov, xalq artisti Nəsibə Zeynalova, siyasətçi Afiyəddin Cəlilov və dilçi alim Afad Qurbanov yaşayıblar.
Bu barədə Oxuməni.az-a tarixçi alim Elnur Nəciyev bildirib. Onun sözlərinə görə, bütün bunlar da Azərbaycanda tarixboyu formalaşan mehriban qonşuluq adət-ənənələrinin, elm, incəsənət, mədəniyyət adamlarına, siyasi şəxslərə olan hörmət və məhəbbətin parlaq, nadir nümunələrindən biridir.
Oxuməni.az



























































































