Hollivud aktyoru Maykl DeLano 84 yaşında vəfat edib
Məşhur aktyor və müğənni Maykl DeLano (əsl adı Maykl Ace Del Fatty) 84 yaşında vəfat etdi. Bu barədə "The Hollywood Reporter" qəzeti həyat yoldaşı Cinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, DeLano 20 oktyabrda Las-Veqas klinikasında vəfat edib. Həyat yoldaşı ölüm səbəbinin infarkt olduğunu təsdiqləyib.
1960-cı ildə Maykl musiqi karyerasına Key Larson səhnə adı ilə başlayıb. O, 1971-ci ildə Yul Brynner və Leonard Nimoy ilə birlikdə "Catlow" vestern filmində rol alaraq film debütünü edib.
O, ilk film rolunu "Catlow" vesternində çəkib, ardınca "Starsky & Hutch", "Commando", "Ocean's Eleven" və digər məşhur film və televiziya seriallarında rol alıb. DeLano həmçinin "Rhoda" televiziya serialında və "The Curse of the Black Widow" filmində də rol alıb.
O, həmçinin "Ocean's Eleven" və onun davam filmlərində kazino meneceri Uolş rolu ilə tanınır. Onun filmoqrafiyasına 70-dən çox layihə daxildir. DeLano 28 il evli olub və qızı Bri, nəvələri Maykl və Linkoln, eləcə də nəvəsi Cekson qalıb.
Əziz MUSTAFA



























.jpg)
.jpg)
.jpg)



























.jpg)
.jpg)
.jpg)
























.jpg)







.jpg)