
“Rolling Stones” qrupunun musiqiçisi Luis Jardim ad günündə vəfat edib
“The Beatles” qrupunun yaradıcılarından olan Pol Makkartni və digər məşhur sənətçilərlə əmakdaşlıq etmiş, eləcə də "The Rolling Stones"dakı işi ilə tanınan məşhur portuqaliyalı musiqiçi və bəstəkar Luis Jardim vəfat edib. Bu barədə “SIC Noticias” nəşri Madeyra Regional Hökumətinin prezidenti Migel Albukerkenin rəsmi bəyanatına istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Jardim doğum günündə, iyulun 4-də dünyasını dəyişib. Sənətçinin 75 yaşı tamam olub.
Luis Jardim Madeyrada anadan olub, 1960-cı illərdə “Demónios Negro” qrupunun üzvü olub. Ancaq İngiltərəyə köçdükdən sonra məşhurlaşdı və burada özünü bir studiya zərb aləti ifaçısı kimi göstərdi.
Onun ölümünün səbəbləri açıqlanmır.
O, Qreys Cons, Elton Con, Tina Terner, Corc Maykl, Pol Makkartni, Devid Boui, Robbi Uilyams, Eros Ramazzotti, Selin Dion, Qloriya Estefan, “The Rolling Stones”, “ABC”, “Frankie Goes to Hollywood” və bir çox başqa məşhur musiqiçi və qruplarla əməkdaşlıq edib.
O, "Qladiator", "Vanda adlı balıq", "Born ultimatumu" və "Yağış adamı" kimi filmlərin saundtrekləri üzərində işləyib.
Almaz Həsənli