Anadolu məktəbi Ankarada “Dədə Qorqudun izi ilə” adlı beynəlxalq tədbir keçirib
Anadolu Məktəbi 22-26 Sentyabr 2024-cü il tarixlərində Ankarada “Dədə Qorqudun izi ilə” bağlı beynəlxalq tədbir keçirib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Ankara, Ədirnə, Isparta, Kastamonu, Van, İstanbul və Dənizlidən müəllim və tələbələr iştirak ediblər.
23 sentyabr 2024-cü il bazar ertəsi, saat 10:00-da Qazi Universitetinin Qazi Konsert Salonunda TÜRKSOY-un təşkilatçılığı ilə “Türk Dünyası” fotosərgisinin açılışı oldu. Daha sonra Qazaxıstan, Azərbaycan, Kastamonu, Van və Ankaradan olan tələbələrin çıxışları ilə keçirilən panelin açılışında Ankara valisi Vasip Şahin, Qazaxıstan Respublikasının Ankaradakı səfiri Sapiyev Erkebulan, Qazi Universitetinin rektoru prof. Dr. Uğur Ünal, Mərkəz İlçe Baş məmuru Mövlud Bilici, Milli Təhsil Region Müdiri Yaşar Koçak, TİKA Beynəlxalq Əlaqələr Mütəxəssisi professor Ömər Faruk Alimci çıxış edib. Tədbirdə professor Dr.Mustafa Kahramanyol, TÜRKSOY-un müşaviri Kamal Göz, mədəniyyət və turizm nazirinin müşaviri Hakan Tanrıver, Ankarada Anadolu Məktəbinin fəaliyyət göstərdiyi məktəblərin çoxlu sayda müəllim və şagirdləri iştirak ediblər.
Ankara valisi Vasip Şahinin proqramında tələbələr türk dünyasının ortaq dəyəri olan Dədə Qorqudu təqdim ediblər. Kastamonlu Mehmet Emin Kaymakçı rəhbərliyi altında paneldə Qazaxıstan Xoca Əhməd Yasəvi adına Uluslararası Türk-Kazak Üniversitetinin tələbəsi Balcan Arınovanın “Dədə Qorqud hekayələrində insan", Türkiyə Diyanet Vakfı Bakı Türk Liseyinin şagirdi Nuray Mustafanın "Dədə Qorqud Kitabı və Türk Coğrafyası" adlı məruzələri diqqəti cəlb edib
Tədbirdə həmçinin Yıldırım Beyazıd Üniversiteti tələbəsi Rumeysa İrmak "Dədə Qorqud Hekayəlırinin Modern Türk Ədəbiyatına təsiri: keçmişin əks-sədası, bu günün nitqi, Anadolu Lisesi öğrencisi Ekin Deniz Çolak "Dədə Qorqud hekayələrindəki Motifler və Epizotlar" adlı məruzələrlə çıxış ediblər.
Prof. Dr. Salahaddin Bekki və Prof. Dr. Ramazan Korkmaz, Qazaxıstanın Ankaradakı səfiri Sapiyev Yerkebulan Onalbekuly çıxışlarında Anadolu məktəbinin keçirdiyi bu tədbirin böyük önəm daşıdığını və türk dövlətləri arasında daha da yaxınlaşmaya xüsusi töhfə verdiyini bildiriblər.
Əziz Mustafa, Oxuməni.az