Misirdə aşkar edilən “Ölülər şəhəri”: 300-dən çox məzar

Misirdə aşkar edilən “Ölülər şəhəri”: 300-dən çox məzar

28 İyun 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər Misirdə “Ölülər şəhəri” adlandırdıqları, 300-dən çox məzarın olduğu nəhəng qəbiristanlıq aşkar ediblər.

Arxeoloqlar Misirin Asvan şəhərində 300-dən çox məzar tapıblar. Əsası 4500 il əvvəl qoyulan şəhərin mühüm ticarət, karxana və hərbi bölgə olduğu, lakin burada yaşayan insanların həyatının uzun müddət sirr olaraq qaldığı bildirilib.

Beş ildir ki, ərazidə işləyən komanda bu yaxınlarda 900 il ərzində təkrar istifadə edilmiş, hər birində 30-40 mumiya olan 36 məzar aşkarlayıb. Qazıntı zamanı insanların siniflərinə görə dəfn edildiyi də məlum olub.

Məlumat üçün bildirək ki, dünyanın ən qədim şəhərlərindən biri olan Asvan Nil çayının şərq sahilində yerləşir…

Oxuməni.az