Oqtay Kazımi gecəsi baş tutdu
Əgər xatırlayırsınızsa, bir neçə gün əvvəl sizlərə Azərbaycanın böyük bəstəkarı Oqtay Kazıminin ailə üzvlərinin təşəbbüsü, millət vəkili Qənirə Paşayevanın və əməkdar artist Aybəniz Haşımovanın ideya müəllifi olduğu Oqtay Kazıminin 80 illik yubileyi günü ilə bağlı dekabrın 25-də onun musiqiləri əsasında hazırlanmış "Ağla mənim üçün bu şəhər və sən" adlı layihənin təqdimatı, Oqtay Kazımi gecəsi və konsert proqramının keçiriləcəyi barədə məlumat vermişdik. Bəli, həmin gecə baş tutdu.
Belə ki, Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən layihənin musiqi rəhbəri olan Aybəniz Haşımova tədbirdə aparıcılıq missiyasını həyata keçirdi. "Ailə üzvlərinin təşəbbüsü və ideyası ilə görkəmli bəstəkar Oqtay Kazıminin indiyədək işıq üzü görməyən bir sıra musiqilərinə, mahnılarına Qənirə Paşayeva sözlər yazıb. Eyni zamanda görkəmli bəstəkarın bəzi əsərləri yenidən işlənərək, yeni oranjimanda təqdim olunub", - deyən Aybəniz Haşımova həmkarları əməkdar artistlər Gülyanaq Məmmədova, Firuzə İbadova, gənc müğənni Ayaz Qasımov və Aynişan Quliyeva ilə bərabər mahnı ifa edərək, qonaqları feyziyab etdi. Əlavə edək ki, yaxın günlərdə bu layihə disk şəklində satışda olacaq. Eyni zamanda onu da vurğulayaq ki, əməkdar artist Aybəniz Haşımova tezliklə daha bir layihəni tamaşaçılara təqdim etməyə hazırlaşır.
Könül Aypara


.jpg)






























































.jpg)


.jpg)
.jpg)






















