"Bu şəhərdə"nin üzvləri başqa şəhərdə olublar!

"Bu şəhərdə"nin üzvləri başqa şəhərdə olublar!

19 Dekabr 2012 19:00
Bəyəndim (0) Bəyənmədim (0)
Yumor ustaları "Azercell"in çəkilişlərini davam etdirməkdədirlər

"Bu şəhərdə" komandası Türkiyənin İstanbul şəhərindəki çəkilişlərini artıq başa vurublar. Millət vəkili Fazil Mustafanın tənqidlərinə tuş gəlmələrinə baxmayaraq, yumor ustaları heç də həvəsdən düşməyiblər. Üçlük "Azercell"in silsilə reklam çarxlarının çəkilişlərini bu dəfə qardaş ölkədə davam etdiriblər. Tezliklə sürpriz reklam rolikləri telekanallarda yayımlanacaq.

Onu da xatırladaq ki, hər il olduğu kimi 2013-cü ilin martında da H.Əliyev adına Sarayda "Bu şəhərdə"nin silsilə tamaşalarının nümayişi nəzərdə tutulub. Bu barədə eksklüziv olaraq Oxumeni.az-a "Bu şəhərdə"nin rəhbəri Müşfiq Abbasov xəbər verib.

Könül Aypara