İki tanınmış xanımın bir əməyi
Dekabrın 25-də dahi bəstəkar Oqtay Kazıminin ailə üzvlərinin təşəbbüsü, millət vəkili Qənirə Paşayeva və əməkdar artist Aybəniz Haşımovanın ideya müəllifi olduğu "Oqtay Kazıminin 80 iilik yubileyi günü" ilə bağlı ''Ağla mənim üçün bu şəhər və Sən'' adlı layihənin təqdimatı keçiriləcəkdir. Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən layihənin musiqi rəhbəri Aybəniz Haşımovadır.
Ailə üzvlərinin təşəbbüsü və ideyası ilə görkəmli bəstəkar Oqtay Kazıminin indiyədək işıq üzü görməyən bir sıra musiqilərinə, mahnılarına Qənirə Paşayeva sözlər yazıb. Eyni zamanda bəzi əsərlər yenidən işlənərək, yeni aranjımanda təqdim olunacaq ki, həmin musiqilərə, mahnılara da sözlər ailə üzvlərinin təşəbbüsü ilə Qənirə Paşayeva tərəfindən yazılıb. 7 mahnı, 1 duet şəklində təqdim olunacaq musiqiləri Oqtay Kazımiyə, sözləri Qənirə Paşayevaya aid olan layihə konsert şəklində təqdim olunacaq. Layihə əməkdar atrıst və O.Kazimi ilə illərlə sıx əməkdaşlıq etmiş Aybəniz Haşımovanın aparıcılığı ilə keçəcək. Layihədəki əsərlər əməkdar artistlər Aybəniz Haşımova, Gülyanaq Məmmədova, Firuzə İbadova, gənc və istedadlı sənətçilər Ayaz Qasımov və Aynişan Quliyeva tərəfindən ifa olunub. Onu da əlavə edək ki, layihədəki mahnılardan ibarət disk yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək.
Oqtay Kazıminin 80 illik yubileyi ilə əlaqədar hazırlanan və təqdim ediləcək layihənin təqdimat mərasimində, gecə və konsert proqramında ölkəmizin tanınmış ziyalıları, sənət adamları iştirak edəcəklər. Oqtay Kazımi sənətinin vurğunları 25 dekabr, saat 18.00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq tədbirə dəvətlidirlər.
Könül Aypara







.jpg)





















































































