Leonardo di Kaprio 50 yaşına çatmamış bir hədəfi olduğunu açıqlayıb

Leonardo di Kaprio 50 yaşına çatmamış bir hədəfi olduğunu açıqlayıb

21 Noyabr 2023 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Titanik filmi ilə dünyanın ən çox danışılan ulduzlarından birinə çevrilən Leonardo di Kaprionun noyabrın 11-də 49 yaşı tamam oldu. Kino tarixinə bir çox mükafatlarla damğasını vuran aktyor "Good Morning America"ya müsahibəsində "50 yaşına çatmamış bir hədəfi olduğunu" açıqlayıb.

Leonardo di Kaprio 50 yaşına çatmazdan əvvəl yalnız bir məqsədi olduğunu və bunu özü üçün dönüş nöqtəsi hesab etdiyini söyləyərək, pərəstişkarlarının marağına səbəb olub. 50 yaşı tamam olmamış bir daha ekran qarşısına çıxmaq istədiyini deyən Leonardo di Kaprio kinodan necə qopa bilmədiyini də açıqlayıb.

Müsahibədə vaxtın necə tez keçdiyi müzakirə olunub. Müsahibə alan Chris Connely, "49 yaşın var, bu necə mümkün oldu?" sualını verəndə Leonardo di Kaprio gülərək, “Heç bir fikrim yoxdur, məncə, ilk müsahibəmiz 30 il əvvəl olub” deyə cavab verib.

Leonardo di Kaprionun karyerası inkişaf etdikcə sevgi həyatı da inkişaf edir. Noyabrın 11-də Beverli-Hillzdə keçirilən ad günündə aktyora yeni italyan supermodel sevgilisi Vittoria Ceretti də qatılıb. Cütlük gecə boyu çox xoşbəxt və sevgi dolu olublar...

Oxuməni.az