
Poeziya buketi, nəğmə çələngi
Fesih Alioğlu (Türkiyə)
Fesih Alioğlu (Türkiyə)
ŞƏHİD CEYHUNUM
Sən qəhrəman doğulmuşsan,
Vətən üçün vuruşmusan.
Əbədi ad qazanmısan,
Qəhrəman, şəhid Ceyhunum.
***
Vətənpərvər ruhunla sən,
Cəbhəyə yola düşdün sən.
Haqq yolunda savaşdın sən,
Qəhrəman, şəhid Ceyhunum.
***
Ağlınla ürək birləşdi,
Düşmənə aman vermədi.
Torpağı azad elədi,
Qəhrəman, şəhid Ceyhunum.
***
Elim fəxr edir, səninlə,
Ucaldın sən zirvələrə.
Adın həkk olub qəlblərə,
Qəhrəman, şəhid Ceyhunum.
***
Çatdın şəhid məqamına,
Uca Allah dərgahına.
Şükür olsun Yaradana,
Qəhrəman, şəhid Ceyhunum.
***
Qarabağ döyüşlərində,
Öndə oldun hər cəbhədə.
Düşməni məhv eyləyəndə,
Şəhid oldun, ay Ceyhunum,
Qəhrəman, şəhid Ceyhunum.
AZƏRBAYCAN-TÜRKİYƏ
Qardaşlığımız möhkəmdi,
İki bədəndə bir candı.
Sizlərə can da qurbandı,
Azərbaycan-Türkiyə.
***
İki qardaş birgəyik biz,
Sevinci tən bölərik biz.
Can deyib, can eşidəriz,
Türkiyə-Azərbaycan.
***
Bu qardaşlıq əbədidir,
Gücümüz hər yana bəllidir.
Hər sahədə qüdrətlidir,
Türkiyə-Azərbaycan
Azərbaycan-Türkiyə.
NAXÇIVANIM
Ordubad çox gözəl şəhər,
İnsanları qonaq səvər.
Bunu görən həmən bilər,
Gözəl şəhər Ordubadım,
Gözəl yurdum Naxçıvanım.
***
Əshabi-Kəyf ziyarətgah,
İnsanlara olub dərgah.
Allah sizə olsun pənah,
Qədim yurdum Naxçıvanım,
Gözəl yurdum Naxçıvanım.
***
Şərur, Culfa, Şahbuzu var,
Mərd oğulu, mərd qızı var.
Xoş ətirli gülzarı var,
Gözəl yurdum Naxçıvanım,
Cənnət məkan Naxçıvanım.
***
Bol ruzili, bol nemətli,
Çox gözəldir təbiəti.
Tamaşadır hər tərəfi,
Cənnət məkan Naxçıvanım,
Gözəl yurdum Naxçıvanım.