Toni Brekstonun konserti təxirə salındı

Toni Brekstonun konserti təxirə salındı

7 Dekabr 2012 19:20
Bəyəndim (0) Bəyənmədim (0)
Biletlər geri qaytarılmaqdadır

Son günlər dünyaşöhrətli ulduz Toni Brekstonun dekabrın 17-18-də H.Əliyev adına Sarayda konsert verəcəyi haqda efirlərdə reklam çarxları yayımlanmaqdaydı. Lakin...

Əldə etdiyimiz rəsmi məlumata görə,Toni Brekstonun səhhətində problemlər yaranıb. Həkimlər ona dekabr ayına nəzərdə tutulmuş bütün konsert və şou proqramlarını təxirə salmağı məsləhət görüblər. Müğənninin menecerlərinin sözlərinə görə, Toni Brekston səhhətindəki problemlər aradan qalxdıqdan sonra yenidən şou proqramlarının həyata keçirilməsini və pərəstişkarları qarşısında çıxış etməyi planlaşdırır.

T. Brekstonun yaxın müddətdə konsert turlarının təxirə salınması ilə əlaqədar dekabrın 17-18-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konsertin biletlərinin kassaya qaytarılmasına başlanılıb. Biletlərin satışı ilə məşğul olan Ur Style şirkətindən verilən məlumata görə, alınan biletləri dekabrın 7-dən etibarən hər gün saat 19.00-dək Bülbül prospekti ilə Lev Tolstoy küçəsinin kəsişməsində (Mango mağazasının yanında) yerləşən kassada qaytarmaq mümkündür.

Könül Aypara