“İndiyə qədər soruşsaydım ki, niyə evə gec gəlirsən, bəlkə də bu günə qədər ayrılmışdıq...

“İndiyə qədər soruşsaydım ki, niyə evə gec gəlirsən, bəlkə də bu günə qədər ayrılmışdıq...

21 May 2023 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

“Rəhman mənimlə ailə həyatı qurmaq istəyəndə bilirdim ki, ailəsi, 4 uşağı var. Öz-özümə dedim ki, bu izdivac baş tutmaz, ona ərə getmək istəmirəm. Anam da bildi, nə o, nə də ki, qardaşlarım razı oldu. Mənə bir kəlmə dedilər ki, ailə dağıtmaq yaxşı şey deyil. Sən demə o çoxdan ayrılmışdı, biz amma bilmirdik. Sonra anama da, qardaşlarıma da dedilər ki, ayrılıb. Məni yolda gördü, yenidən təklif etdi. Dedim ki, “sənə ərə gəlməyə qorxuram”, çünki yoldaşını da, uşaqlarını da tanıyırdım. Çox fikirləşdim, o dəqiqə “hə” demədim. Yeznəmə dedilər ki, “Rəhman Gülbikəni istəyir, o necə oğlandır?” Dedi ki, “Rəhman çox yaxşı insandır”. Yeznəm razılıq verəndən sonra mən də, anam da razılıq verdik”.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Rəhman Rəhmanovun həyat yoldaşı Gülbikə Rəhmanova deyib.

“30 ilə yaxındır ki, ailə həyatı qurmuşuq. Hələ bir dəfə də Rəhman xətrimə dəyməyib. Xətrimə dəysə belə heç vaxt üzünə vurmaram, danışmaram. Onu özümdən də çox istəyirəm. O mənim həm anamdır, həm atamdır, həm də həyat yoldaşım. Mənim övladım olmayıb, onu həm də özümə bir övlad bilirəm. Ona balam kimi baxıram. Təki hamının sevgisi, həyatı bizim kimi olsun. İstəmərəm ki, onun ayağına bir daş dəysin” deyə həyat yoldaşı Gülbikə xanım deyib. O, aktyor həyat yoldaşını heç vaxt qısqanmadığını bildirib.

“Əvvəllər tamada gedirdi, toy saat 12-də qurtarırdı, bu gəlirdi saat 3-də. Kişi xeylağıdır, axşam evinə gəlirdi də. Mən ondan soruşmaram ki, niyə gecə gəldin? Heç vaxt da soruşmamışam. Soruşsaydım, bəlkə də indiyə qədər soyuq olardı münasibətimiz, ayrılardıq. Özü bilər. Qısqanclıq məndə yoxdur. Aktyordur, aktrisalarla öpüşüb-görüşür. Bu onun işidir. Durub deyim ki, niyə görüşürsən?! Mən bilirdim ki, kiminlə evlənirəm. Bilirdim ki, 4 uşaq üstünə gedirəm. Bilirdimsə demək ki, bunu da öhdəmə götürməli idim. Övladları ilə münasibətim çox yaxşıdır. Onlara elə şərait yaratmışam ki, məni öz analarından ayırmayıblar. Hamısı balalarımdır. Heç vaxt oturub fikirləşməmişəm ki, mən niyə 4 uşaq üstünə getdim?! Onlardan bir pislik görməmişəm, peşman deyiləm” deyə sənətkarın xanımı bildirib.