Böhtan böyük günahdır: Böhtan atanın özünü və ailəsini bəlalar gözləyir
İslam dinində ən böyük günahlardan biri də günahsiz insana böhtan atmaqddır. Onların özünü və ailəsini ağır bəlalar gözləyir. Bunu İmama Rəbbani həzrətlərinin böhtanla bağlı dedikləri də sübut edir.
Qurani-kərimdə buyurulur ki:
“Yalan söyləyənlər, böhtan atanlar, ancaq Allahın ayətlərinə inanmayanlardır. Onlar əsl yalançıdırlar.” (Nəhl 105)
Böhtana məruz qalanlardan biri İmam Rəbbanidən soruşdu ki, yalan və böhtanın dindəki yeri nədir?
İmam Rəbbani həzrətləri cavabında dedi ki, yalan söyləmək və böhtan atmaq haramdır, çəkinmək lazımdır. Bu iki pislik, hər dində də haram idi. Cəzaları çox ağırdır. (C.3, m.34)
Böhtan böyük günahdır və çox pisdir. Bunda yalan söyləməkdə vardır ki, yalan hər dində haramdır.
Böhtan böyük günahdır: böhtan atanın özünü və ailəsini bəlalar gözləyir. Böhtanda bir mömini incitmək də vardır ki, bu da ayrıca haramdır. Bunlardan başqa, böhtan atmaq yer üzündə fəsad çıxarmağa, ortalığı qarışdırmağa səbəb olar ki, bu da haramdır. (C.3, m.41)

Müsəlmanlara sui-zənn, zülm etmək, mallarını qəsb etmək kimi və həsəd, böhtan və yalan danışmaq və qeybət etmək kimi haramdır. (Hadiqa)
Hədisi-şəriflərdə buyuruldu ki:
“Bir kimsə, bir mömin haqqında olmayan bir şey söyləyərsə, böhtana məruz qalan kimsə, onu əfv edənə qədər, Allahu təala onu Cəhənnəmə soxar.” (Əbu Davud)
“Bir mömində hər xasiyyət ola bilər. Ancaq xəyanət və yalan ola bilməz.” (İbni Əbi Şeybə)
“Yalan, münafiqlikdən bir qapıdır.” (İbni Adiy)
Ən çox düşməni olan kimdir?
Ən çox düşməni olan Allahu təaladır! Bir gün Musa əleyhissəlam, insanların danışmalarından bezmiş, “Ya Rəbbi, nə olar bu insanlar mənim haqqımda danışmasın” deyə dua etmiş. Allahu təala buyurmuş ki:
“Ya Musa, sənin istədiyin o şeyi mən, özüm üçün belə etmədim. Görmürsənmi, eşitmirsənmi, Mənim haqqımda nələr danışırlar.”
Peyğəmbər əfəndimiz Allahın həbibi idi, aləmlərə rəhmət idi. İnsanları Cənnətə dəvət üçün ən acı çətinliklərə məruz qaldı. Ona ağıla, xəyala gəlməyəcək böhtanları etdilər, haşa sehrbaz dedilər, haşa məcnun dedilər, haşa şair dedilər, haşa xanımı Aişə anamıza böhtan atdılar, çox əziyyət etdilər, yollarına tikanlar döşədilər. Allahın həbibi ilə döyüşdülər. Halbuki O rəhməti-ilahi idi, insanlar yanmasın deyə çırpınırdı. “Bilmirlər, bilsəydilər etməzdilər” buyururdu. Hədisi-şərifdə buyurulur ki:
“Bir kimsə, bir mömin haqqında olmayan bir şey söyləyərsə, böhtana uğrayan kimsə, onu əfv edənə qədər, Allahu təala onu Cəhənnəmdə buraxar.” (Əbu Davud)
Qurani-kərimdə məalən buyurulur ki:
“Yalan söyləyənlər, böhtan atanlar, ancaq Allahın ayətlərinə inanmayanlardır. Onlar əsl yalançıdırlar.” (Nəhl 105)
İkinci minin mücəddidi, hədisi-şəriflə müjdələnən İmam Rəbbani həzrətlərinə etdikləri əziyyət və digər böhtanların yanında nə dedilər bilirsinizmi, Sərhənd cahili dedilər, bu adla da yazılar yazıb payladılar.
Rəsulullahın varislərinin istisnasız hamısı da eyni əziyyət və çətinliklərlə qarşılaşmışdılar, müxtəlif böhtanlara məruz qalmışdırlar. Hətta İbni Abidin həzrətləri, xocası Mövlana Xalidi Bağdadi həzrətlərinə edilən böhtanlara dözə bilməyib, böhtan edənlərə və onlara inananlara bir rəddiyə risaləsi yazdı. Bu risaləyə də Səll-ül-Hüsamül-Hindi li-Nusrəti Mövlana Şeyx Xalid Nəqşibəndi adını verdi.
İmam Qazali həzrətləri də böhtanlara məruz qalan böyüklərdəndir. Fəlsəfəçilər və bidət əhli olanlar hələ bu böyük imama böhtanlarına davam edirlər. Belələrinin, yəni böhtan atanların yeri cəhənnəmdir.
Gozelislam.com






























































































