"Leyli və Məcnun" tamaşasında Leylini oynamaq üçün ondan 4 min manat pul istənilib

"Leyli və Məcnun" tamaşasında Leylini oynamaq üçün ondan 4 min manat pul istənilib

12 Mart 2023 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu haqda danışmaq istəmirəm. Xoşagəlməz hallar yaşandı. Mən də buraxdım ki, buyrun, sizin olsun (mikrofonu bağlanır). Düzgün danışanlar, cəsarətli olanlar onların adlarını çəkə bilməz. Muğamları da, operaları da, xanəndəlikləri də sağlıqlarına qismət".

Oxuməni.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Səhər mərkəzi" verilişində deyib. Xanəndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından qalmaqallı şəkildə ayrılmasından danışıb:

"Demirəm, xanəndəlikdən uzaqlaşdım. Ondan küsə bilmərəm. Nə qazanmışamsa, dünyanın yarısını gəzmişəm, böyük səhnələr çıxmışam - hamısı muğamın sayəsində olub. Amma bir yerdə "stop" dedim. Savaşmaq istəmədim. Savaşsaydım, başım ona qarışacaqdı və sənət yaddan çıxacaqdı. Bilən bilir ki, Nigar necə xanəndədir. Muğam müsabiqəsində dəfələrlə eyni ladda muğam oxuyanlar var: ancaq segah və dilkeş. Amma Nigar elə bir dəsgahlar oxuyub ki, hər xanəndənin işi deyil səsi ora çatdırsın. Çox sağ olsunlar məni küsdürdüklər üçün. Yenidən muğama qayıtmaq istəmirəm. Fikrim var sentyabrda Muğam Mərkəzində solo konsert edəcəyəm. Amma operaya qəti qayıtmaram".

Qeyd edək ki, Nigar bir müddət əvvəl açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorunu rüşvətxorluqda ittiham etmişdi. O bildirib ki, "Leyli və Məcnun" tamaşasında Leylini oynamaq üçün ondan 4 min manat pul istənilib.