"Eurovision"un estafetini Liverpul götürdü

"Eurovision"un estafetini Liverpul götürdü

2 Fevral 2023 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Turin," Eurovision" mahnı müsabiqəsi estafetini, bu il Liverpula ötürdü.

Oxuməni.az xəbər verir ki, Yeni "Eurovision" səsvermə qaydalarına əsasən, finala çıxışın taleyini, dünyanın hər yerindən olan tamaşaçılar həll edəcək.

Altı ölkə avtomatik olaraq finala vəsiqə qazanır, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya (təsisçi ölkələr) və ötən ilin qalibi, Ukrayna. Ümumilikdə 37 ölkə öz nümayəndələrini Liverpula göndərəcək.

Kaluş Orkestrinin uğuru sayəsində, Rusiya ilə müharibə səbəbi ilə, Ukrayna müsabiqəyə ev sahibliyi edə bilməyəcək. Ev sahibi olmaq hüququ ikinci yeri tutan Böyük Britaniyaya keçib. Şəhər seçimi Liverpulun üzərinə düşüb.

2020-ci ildə pandemiya səbəbindən ləğv edilən istisna olmaqla, "Eurovision" mahnı müsabiqəsi 1956-cı ildən bəri hər il keçirilir. 160 milyon tamaşaçı ilə dünyanın ən çox baxılan əyləncə şousu və təşkili ən çətin olan proqramlardan biridir.

Builki müsabiqənin şüarı “Musiqi birləşdirir”, "Evrovision"-un emblemini isə Ukrayna bayrağının rənglərindədir.

Yarımfinal və final mayın 9, 11 və 13-də baş tutacaq. Rusiya ötən il olduğu kimi müsabiqədə iştirak etməyəcək.

E.Axund, Oxuməni.az