Azər Mirzəyev evə buraxılıb

Azər Mirzəyev evə buraxılıb

29 Sentyabr 2012 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Xatırlayırsınızsa, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artisti Azər Mirzəyev sentyabrın əvvəllərində ürək çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş, ardınca Mərkəzi Neftçilər Xəstəxanasına köçürülmüşdü. Nəzərinizə çatdıraq ki, artıq aktyor xəstəxanadan evə buraxılıb. Buna baxmayaraq, o, bir müddətlik həkim nəzarəti altında müayinə ediləcək. Onun ayaqları üçün xüsusi müalicə kursu həyata keçirilərək, mütəmadi masaj olunacaq və çox güman ki, iki-üç həftəyədək ayağa qalxa biləcək. Onu da xatıqladaq ki, əməkdar artistin ürəyində aparılması nəzərdə tutulan cərrahiyyə əməliyyatı təxirə salınıb.

O.M.