
Millət vəkili Gülər Əhmədovanın insult keçirməsi xəbəri doğru imiş
Millət vəkili Gülər Əhmədovanın insult keçirməsi xəbəri təsdiqini tapdı. Deputatın qardaşı, teleaparıcı İlqar Mikayıloğlu ANS-Press-ə bu xəbəri təsdiqləyib. O, gecə saatlarında Gülər Əhmədovanın vəziyyətinin qəflətən pisləşdiyini bildirib: "Gülər xanım sadəcə baxır. Heç bir şeyə reaksiya vermir. Anamı yanına apardım. Həkimlər gəldikdə efirim olduğundan çıxmaq məcburiyyətində qaldım. Həkimlərin dəqiq diaqnozu bu gün aparılacaq müayinələrdən sonra bəlli olacaq".
O.M.
Digər xəbərlər